Satılır 2 otaqlı yeni tikili 65 m²
TƏCİLİ! Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksində mənzil satılır!
Xırdalan şəhərində, Kristal Abşeron 1 yaşayış kompleksində, köhnə bazarın tam qarşısında yerləşən, əlverişli mövqeyə malik 16-cı binada 2 otaqlı, 65 kv.m mənzil satışdadır.
Mənzil 13 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Binada lift, qaz, su və işıq daimidir. Mənzilin çıxarışı (kupçası) var və ipoteka üçün tam yararlıdır.
Kompleksin ətrafında məktəb, uşaq bağçası, park, marketlər, apteklər və digər bütün zəruri iaşə və xidmət obyektləri mövcuddur. Həm yaşayış, həm də investisiya üçün çox əlverişli seçimdir.
Qiymət: 120 000 AZN.