İcarəyə verilir 1 otaqlı ofis 100 m², Nəsimi r.
Tibb Universitetinin yanında, Həsən Əliyev küçəsində yerləşən yeni tikili binanın 1-ci mərtəbəsində 1 otaqlı prestijli ofis çox münasib qiymətə – ayda cəmi 1800 AZN-ə icarəyə verilir. Hazırda sahəsi 100 kv.m olan bu ofisin kvadratı müştərinin istəyinə uyğun olaraq artırıla və ya qısaldıla bilər. Ofis şəhərin ən gediş-gəlişli ərazisində yerləşir və ofisin yanında bir çox böyük şirkətlər, holdinqlər fəaliyyət göstərir. Binanın özünə məxsus qarajı var ki, bu da həm sizin, həm də qonaqlarınızın avtomobillərini rahat və təhlükəsiz park etməsi üçün böyük üstünlükdür. İnfrastruktur baxımından mükəmməl mövqedədir; düz ətrafında Ege Hospital, Olimpik Star, 1 saylı ASAN xidmət və ASAN Kommunal yerləşir. Ofis müasir istilik və soyutma sistemləri ilə tam təchiz olunub, ilin hər fəsli ideal iş şəraiti təmin edilir. Daxildə əməkdaşların rahatlığı üçün geniş yeməkxana sahəsi, xanımlar və kişilər üçün tamamilə ayrı-ayrı sanuzellər (sanitar qovşaqları) və xüsusi ayrılmış səliqəli namaz otağı mövcuddur. Bir sözlə, istəyə uyğun və müasir standartlara cavab verən bütün şərait hazırdır. Bu cür əlverişli məkanda, qarajı, istilik-soyutma sistemi və artırıb-azaltma imkanı olan belə bir ofis üçün 1800 AZN qaçırılmaz fürsətdir.