Satılır 2 otaqlı yeni tikili 154.5 m²
Rifah Residence - müasir memarlıq üslubunda inşa olunmuş, hər detalı sakinlərin rahatlığı nəzərə alınaraq layihələndirilmişdir. Geniş və işıqlı mənzillər, uşaqlar üçün oyun meydançaları, istirahət zonaları və rahat parklanma sahələri burada komfortlu yaşayış üçün ideal şərait yaradır.
Sizə təqdim etdiyimiz 154.5 m² (teraslı) sahəyə malik mənzil geniş planlanması və yüksək komfortu ilə seçilir.
Mənzildə 2 geniş yataq otağı, böyük və işıqlı studio tipli qonaq otağı, 2 sanitar qovşağı, eyvan və terası mövcuddur. Funksional plan həlli ailə rahatlığını maksimum səviyyədə təmin etmək üçün düşünülüb.
İki sanitar qovşağın olması gündəlik həyatda əlavə komfort təmin edir, xüsusilə böyük ailələr üçün böyük üstünlükdür. Eyvan və teras isə həm istirahət, həm də açıq havadan zövq almaq üçün əlavə məkan təqdim edir.
154.5 m²-lik bu mənzil genişlik, rahatlıq və müasir yaşayış tərzini bir araya gətirən premium seçimdir.